"Rabitabank"ın aktivləri 17% artıb

"Rabitabank"ın aktivləri 17% artıb Bakı. 18 aprel. REPORT.AZ/ "Rabitabank" ASC-nin aktivləri illik müqayisədə 16,7% artaraq cari il aprelin 1-nə 499 455 min manata çatıb."Report" bu ...
Maliyyə
18 Aprel , 2017 18:00
Rabitabankın aktivləri 17% artıb

Bakı. 18 aprel. REPORT.AZ/ "Rabitabank" ASC-nin aktivləri illik müqayisədə 16,7% artaraq cari il aprelin 1-nə 499 455 min manata çatıb.

"Report" bu barədə Banka istinadən xəbər verir. Kredit portfeli 11,6% azalaraq 162 279 min manat olub.

Cəmi öhdəliklər 22,5% artaraq 453 499 min manata çatıb. Səhmdar kapitalı dəyişməz qalaraq 48,5 mln. manat təşkil edib. Məcmu kapitalı illik 3,4% azalaraq 61 906 min manat olub.

Bank cari ildə 450 min mənfəət əldə edib ki, bu da illik müqayisədə 37,5 dəfə çoxdur. Faiz gəlirləri 29% azalaraq 6 078 min manat, faiz xərcləri 23,5% azalaraq 3 723 min manat, qeyri-faiz gəlirləri 19% artaraq 3 425 min manat, qeyri-faiz xərcləri 50,4% artaraq 1 131 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi