Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir

Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir İşsizlərin sayı 192 mln. nəfərdən aşağı düşməyəcək
Maliyyə
1225
23 Yanvar , 2018 10:52
Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir

Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalaraq 5,5%-ə düşməsi gözlənilir. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir. 

Sənədə əsasən, 2017-ci ildə dünyada əmək qabiliyyətli əhalinin 5,6%-i və yaxud 192,7 mln. nəfəri işsiz olub. Bu, 2016-cı illə müqayisədə 2,6 mln. nəfər çoxdur. 

"Əmək bazarına daxil olan insanların sayı artdığı üçün 2018-ci ildə işsizlərin ümumi sayı sabit qalacaq və 192 mln. nəfərdən çox təşkil edəcək. 2019-cu ildə işsizliyin səviyyəsi ümumilikdə dəyişməyəcək, lakin 1,3 mln. nəfər artacaq", - hesabatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi