Qlobal dövlət borcu 78 trilyon dollara çatıb

Qlobal dövlət borcu 78 trilyon dollara çatıb 2020-ci ildə qlobal dövlət borcu təxminən 10 trilyon ABŞ dolları və yaxud 14,7% artaraq 77,8 trilyon dollara çatıb.
Maliyyə
723
7 Yanvar , 2021 09:41
Qlobal dövlət borcu 78 trilyon dollara çatıb

2020-ci ildə qlobal dövlət borcu təxminən 10 trilyon ABŞ dolları və yaxud 14,7% artaraq 77,8 trilyon dollara çatıb.

"Report" xəbər verr ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib.

Məlumata görə, hazırda qlobal dövlət borcu qlobal Ümumi Daxili Məhsulun (ÜDM) dəyərinin 94%-ni təşkil edir.

Agentlik onu da bildirib ki, ötənilki artım 2012-2019-cu illərin ümumi artımı ilə eyni olub: "Müxtəlif ölkələr dövlət borcunu sürətlə artırıb və bu, onların kredit reytinqinə mənfi təsir edib. Ötən il 33 ölkənin kredit reytinqi azaldılıb ki, bunun da 27-si inkişaf etməkdə olan ölkələrdir”.

Son xəbərlər

Orphus sistemi