Qlobal borclar sürətlə artır

Qlobal borclar sürətlə artır Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət, korporativ, maliyyə sektoru və ev təsərrüfatlarını əhatə edən qlobal borc həcmi illik müqayisədə 11 trln. dollar və ya 5,1% artaraq 2017-ci ilin II rübünün sonuna 226 trln. dollara yüksəlib.
Maliyyə
105
23 Noyabr , 2017 15:59
Qlobal borclar sürətlə artır

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət, korporativ, maliyyə sektoru və ev təsərrüfatlarını əhatə edən qlobal borc həcmi illik müqayisədə 11 trln. dollar və ya 5,1% artaraq 2017-ci ilin II rübünün sonuna 226 trln. dollara yüksəlib.

"Report" "Institute of International Finance" təşkilatının hesabatına istinadən xəbər verir ki, borcların ÜDM-ə nisbəti isə ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 324%-ə düşüb.

Hesabatı hazırlayan ekspertlər borca xidmət göstərilməsi üzrə çətinlik çəkməyə başlayan şirkətlərin sayının artmasından narahat olduqlarını qeyd ediblər. Hətta hazırkı aşağı faiz səviyyəsində Braziliya, Hindistan, Türkiyə və Çin şirkətlərinin 15-25%-nin çətinliklə üzləşdiyi bildirilir. Həmçinin Kanada, Almaniya, Fransa və ABŞ-da da borclarını ödəməkdə çətinlik çəkən şirkətlərin artdığı qeyd olunur. Ümumiyyətlə, 2017-ci ildə 1,1 trln. dollar borcun, 2018-ci ildə isə daha 1,7 trln. dollar borcun yenidən maliyyələşdirilməsi planlaşdırılır. Bu borcların 25%-nin ABŞ dollarında olduğu bildirilir.

İnkişaf etməkdə olan ölkələrin xarici valyutada borclarının isə 8,2 trln. dollar və ya məcmu borcun 15%-i qədər olduğu, Türkiyə, Macarıstan, Argentina, Polşa və Çilidə bu göstəricinin 40%-i ötdüyü qeyd edilir. Qısamüddətli perspektivdə Çin, Rusiya, Türkiyə və Hindistanın borc üzrə maksimal ödənişlər edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi