​QKDK yeni qaydaları təsdiq edib

​QKDK yeni qaydaları təsdiq edib Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər müəyyənləşib
Maliyyə
11 Noyabr , 2015 13:48
​QKDK yeni qaydaları təsdiq edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Bu Qaydalar (http://scs.gov.az/uploads/pdf/gu8yzq94qe8rqcjp997u.pdf) investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir.

İngilis versiyası SSC approves new rules

Son xəbərlər

Orphus sistemi