​QKDK ilə Qərb Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb

​QKDK ilə Qərb Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb Əməkdaşlıq çərçivəsində müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulub
Maliyyə
29 Sentyabr , 2014 15:31
​QKDK ilə Qərb Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və Qərb Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Report”a QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Memorandumda KBTM ilə Qərb Universiteti arasında bir sıra istiqamətlər üzrə davamlı əməkdaşlıq çərçivəsində elmi-praktik konfransların, seminarların, habelə qiymətli kağızlar bazarına dair bilik və məlumatların ötürülməsi üçün təlimlərin təşkil olunması nəzərdə tutulub.

İmzalanma mərasimində birgə əməkdaşlıq çərçivəsində müştərək layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi, kapital bazarı üzrə tədrisin təşkili, avtomatlaşdırılmış maliyyə əməliyyatlarına dair bilik bazasının formalaşdırılması, həmçinin gələcək qarşılıqlı tərəfdaşlığın faydaları müzakirə olunub.  

Son xəbərlər

Orphus sistemi