​QKDK-da KİV nümayəndələri üçün seminar təşkil edilib

​QKDK-da KİV nümayəndələri üçün seminar təşkil edilib Jurnalistlərə maliyyə terminləri izah olunub
Maliyyə
13 Oktyabr , 2014 18:05
​QKDK-da KİV nümayəndələri üçün seminar təşkil edilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) tərəfindən KİV nümayəndələri üçün “Azərbaycan kapital bazarının prinsipləri və alətləri” mövzusunda seminar təşkil edilib. Bu barədə “Report”a QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

“Azərbaycanda kapital bazarı institutları və iştirakçıları”, “Kapital bazarları və alətləri”, “Kapital bazarları üzərində nəzarət” mövzularının əhatə olunduğu seminarda KİV nümayəndələri və müstəqil fəaliyyət göstərən jurnalistlərə geniş məlumat verilib. KBTM-in mütəxəssisi tərəfindən jurnalistlərə yerli və beynəlxalq kapital bazarlarının xüsusiyyətləri, bu istiqamətdə ölkədə fəaliyyət göstərən institutlar, bazara nəzarət və tənzimlənmə mexanizmləri, həyata keçirilən əməliyyatlar haqqında, habelə bazar iştirakçıları, istifadə olunan maliyyə alətləri, investisiya fondları, depozitar sistemi barəsində ətraflı məlumat verilib və bu sahələrdə istifadə olunan maliyyə terminləri izah olunub.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. QKDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən gələcəkdə də KİV nümayəndələri üçün müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, seminar ölkə prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı (2011-2020-ci illər) çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi