Qızılın qiyməti zəif dollar qarşılığında qalxır

Qızılın qiyməti zəif dollar qarşılığında qalxır Nyu Yorkun “Comex” fond birjasında fevralın qızıl fyuçerslərinin qiyməti 0,08% və ya 1,35 ABŞ dolları artaraq bir troy unsiyasına görə 1881,75 ABŞ dollarına yüksəlib/
Maliyyə
29 Dekabr , 2020 11:49
Qızılın qiyməti zəif dollar qarşılığında qalxır

Çərşənbə axşamı səhər saatlarında qızılın qiyməti dolların məzənnəsinin azalması fonunda bir qədər böyüyür.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmələrin məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 09:02-yə olan məlumata görə, Nyu-Yorkun “Comex” fond birjasında fevralın qızıl fyuçerslərinin qiyməti 0,08% və ya 1,35 ABŞ dolları artaraq bir troy unsiyasına görə 1881,75 ABŞ dollarına yüksəlib. Eyni zamanda, gümüşün mart fyuçersləri 0,37% azalaraq bir unsiya üçün 26,448 ABŞ dollarına düşüb.

Daha ucuz dollar qızıl qiymətlərini dəstəkləyir, çünki bu halda xarici valyuta sahibləri üçün daha ucuz başa gəlir.

İnvestorlar ABŞ-dan gələn xəbərlərə reaksiya göstərməyə davam edirlər. Daha əvvəl Prezident Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar 900 milyard dollarlıq iqtisadi yardım paketini də özündə ehtiva edən 2021-ci ilin büdcəsini imzalayıb.

İngilis versiyası Gold rises as dollar softens

Son xəbərlər

Orphus sistemi