Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti cüzi düşüb Qızılın qiyməti 1795 dollardan aşağı düşüb.
Maliyyə
8 Dekabr , 2022 10:03
Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti 1795 dollardan aşağı düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,19 % və ya 3,4 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1794,6 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,64 % düşərək 1 unsiyası 22,775 ABŞ dolları təşkil edib.

Yüngül korreksiyaedici ucuzlaşmaya dolların möhkəmlənməsi və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti faiz artımı ilə gözləntilər səbəb olub.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,23 % artaraq 105,34 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.

Son xəbərlər

Orphus sistemi