ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsi ilə bağlı qərarı öncəsi qızıl cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,04 %, yaxud 0,75 dollar ucuzlaşaraq 1 unsiyası 1670,35 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,49 % düşərək 1 unsiyası 19,277 dollar təşkil edib.
ABŞ dollarının möhkəmlənməsi qızılın qiymətinə təsirsiz ötüşmür. Belə ki, dolların indeksi 0,05 % artaraq 110,27 bəndə çatıb. Bahalı dollar qızılın başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.