Qızılın qiyməti cüzi artıb

Qızılın qiyməti cüzi artıb Dünya bazarlarında qızıl cüzi bahalaşıb.
Maliyyə
20 oktyabr 2022 05:39
Qızılın qiyməti cüzi artıb

Dünya bazarlarında qızıl cüzi bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,16 % və ya 2,6 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 636,8 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,15 % artaraq 1 unsiyası 18,387 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti sərtləşdirəcəyi ilə bağlı gözləntilər fonunda dünən qızıl 1,3 % ucuzlaşmışdı.

İngilis versiyası Gold prices rise slightly

Son xəbərlər

Orphus sistemi