Qızılın qiyməti, təxminən, 0,5 % artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,48 % və ya 8,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 812,85 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 24,133 ABŞ dolları təşkil edib.
Çin hökumətinin COVID-19 ilə əlaqədar məcburi karantin tədbirlərinin bir qismini ləğv etməsi dollar üzərində təzyiqi artırıb. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,24 % düşərək 104,29 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.