Qızılın qiyməti 7,5 ilin maksimumuna çatdı

Qızılın qiyməti 7,5 ilin maksimumuna çatdı Dünyada qızılın qiymətləri ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda artmaqda davam edir.
Maliyyə
18 May , 2020 13:31
Qızılın qiyməti 7,5 ilin maksimumuna çatdı

Dünyada qızılın qiymətləri ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda artmaqda davam edir.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu “Comex” Nyu-York Birjasındakı sövdələşmələrin nəticələri göstərir.

Belə ki, qızılın iyun fyuçersinin qiyməti 0,97% (17 ABŞ dolları) artaraq 1 unsiya üçün 1 773,3 ABŞ ıdollar təşkil edib. Sövdələşmələr zamanı qiymət 1 774,8 ABŞ dollarına qədər çatıb ki, bu da 2012-ci ilin sentyabrından bu yana ən yüksək göstəricidir.

Qeyd edək ki, qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauellin ölkə iqtisadiyyatına dair proqnozları fonunda fonunda artmaqdadır. 

Son xəbərlər

Orphus sistemi