Qızılın qiyməti 1 700 dollara yaxınlaşdı

Qızılın qiyməti 1 700 dollara yaxınlaşdı Dünyanın əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 7 illik maksimumu yeniləyərək 1 690 ABŞ dollarına çatıb.
Maliyyə
217
6 Mart , 2020 16:13
Qızılın qiyməti 1 700 dollara yaxınlaşdı
google.az

Dünyanın əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 7 illik maksimumu yeniləyərək 1 690 ABŞ dollarına çatıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən günün yekunu ilə müqayisədə 1,1% çoxdur. 

Qiymətli metalın bahalaşmasına səbəb kimi koronavirusun yayılması fonunda investorların “Təhlükəsiz liman” axtarışında olması və qızıla yönəlməsi göstərilir. 

Qızılın bahalaşmasına paralel olaraq səhm və istiqraz bazarında qiymətlər sürətlə azalmaqdadır. Söhbət əsasən qlobal şirkətlərin səhmlərindən və ABŞ-ın dövlət istiqrazlarından gedir. 

Son xəbərlər

Orphus sistemi