​Qızılın qiyməti 1 300 dollar həddini keçib

​Qızılın qiyməti 1 300 dollar həddini keçib Ekspertlər qızılın 1 400 dollara qədər bahalaşacağını proqnozlaşdırırlar
Maliyyə
293
23 Yanvar , 2015 17:20
​Qızılın qiyməti 1 300 dollar həddini keçib

Bakı. 23 yanvar. REPORT.AZ/ Dünya bazarında qızılın bir unsiyasının qiyməti 1 302 ABŞ dollarına çatıb. "Report"un xarici birjalara istinadən verdiyi xəbərə görə, 2015-ci il başlanandan sonra qızılın qiyməti ümumilikdə 10% artıb.

Qərb ekspertləri bu əlvan metalın qiymətinin Rusiya-Ukrayna münaqişəsinin pik nöqtəsində - avqustdan başlayaraq bahalaşdığını deyirlər. Avropalı şərhçilər isə qızılın qiymətinin artmasında ABŞ Federal Ehtiyat Sisteminin rolunun olduğunu və bunun məhz dolların məzənnəsinin yüksək səviyyədə qalması üçün edildiyini deyirlər.

Proqnozlar isə qızılın hələ 1 400 dollara qədər bahalaşacağından xəbər verir.

Son xəbərlər

Orphus sistemi