Qızılın qiyməti 1 200 dollar həddini keçib

Qızılın qiyməti 1 200 dollar həddini keçib Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1355 USD/EUR-a çatıb
Maliyyə
14 May , 2015 08:34
Qızılın qiyməti 1 200 dollar həddini keçib

Bakı. 14 may. REPORT.AZ/ Mayın 13-də Amerika fond bazarında Dow Jones indeksində 0,04% azalma müşahidə olunub və 18 060,49 bənd təşkil edib. S&P 500 0,03% geriləyərək 2 098,48 bənd, Nasdaq isə 0,11% artaraq 4 981,69 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,23% irəliləyərək 6 949,63 bənd, Almaniya DAX-ı 1,05% azalaraq 11 351,46 bənd, Fransa CAC-40-ı isə 0,26% geriləyərək 4 961,86 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,66% artaraq 1 212,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1355 (+0,99%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi