Qızılın qiyməti xeyli aşağı düşüb

Qızılın qiyməti xeyli aşağı düşüb ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından və tezliklə uçot dərəcəsinin azaldılacağı ilə bəyanatlardan sonra qızılın qiyməti xeyli aşağıd üşüb.
Maliyyə
27 Yanvar , 2022 10:10
Qızılın qiyməti xeyli aşağı düşüb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından və tezliklə uçot dərəcəsinin azaldılacağı ilə bəyanatlardan sonra qızılın qiyməti xeyli aşağı düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,87%, yaxud 15,95 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 813,75 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,95% aşağı düşərək, 1 unsiyası 23,343 ABŞ dolları təşkil edib.

FES-in yanvar iclasından sonra qızıl mövqelərini itirməkdə davam edir. İclasın yekunlarına görə, FES bəyan edib ki, inflyasiya və əmək bazarındakı vəziyyəti nəzərə alaraq, tezliklə təkrar maliyyələşdirmə dərəcəsinin artırılması üçün münbit zəmin yarana bilər.

Bundan başqa, ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi onu digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir. ABŞ dollarının indeksi isə 0,7% artaraq, 96,62 bəndə çatıb.

Son xəbərlər

Orphus sistemi