Qızıl və avro bahalaşıb

Qızıl və avro bahalaşıb Avropanın əsas fond indeksləri geriləyib
Maliyyə
4 Mart , 2016 09:39
Qızıl və avro bahalaşıb

Bakı. 4 mart. REPORT.AZ/ Martın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,26% bahalaşaraq 16 943,90 bənd, S&P 500 0,35% artaraq 1 993,40 bənd, Nasdaq isə 0,09% irəliləyərək 4 707,42 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% ucuzlaşaraq 6 130,46 bənd, Fransa CAC-40-ı 0,20% azalaraq 4 416,08 bənd, Almaniya DAX-ı isə 0,25% geriləyərək 9 751,92 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 23,30 dollar yaxud 1,88% bahalaşaraq 1 262,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0948 (+0,83%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi