Qızıl ucuzlaşıb

Qızıl ucuzlaşıb Dünya bazarında qızılın qiyməti dünənki 2,4%-lik sıçrayışdan sonra stabilləşərək bu səhər bir qədər ucuzlaşıb.
Maliyyə
24 Mart , 2023 11:24
Qızıl ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti dünənki 2,4 %-lik sıçrayışdan sonra stabilləşərək bu səhər bir qədər ucuzlaşıb.

Bu barədə “Report” hərracın məlumatlarına əsasən xəbər verir.

Nyu Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2,2 ABŞ dolları və ya 0,11 % ucuzlaşaraq 1 993,7 ABŞ dolları olub.

Gümüşün may fyuçersləri isə bu dəfə 0,15 % artaraq bir unsiya üçün 23,29 ABŞ dolları təşkil edib.

İngilis versiyası Gold falls slightly in price

Son xəbərlər

Orphus sistemi