Qızılın qiyməti ucuzlaşıb

Qızılın qiyməti ucuzlaşıb Dünya bazarlarında qızılın qiyməti iyunun 6-dan bu yana ilk dəfə 1910 dollar həddini keçdikdən sonra axşam hərracında bir qədər aşağı düşüb.
Maliyyə
22 fevral 2022 02:29
Qızılın qiyməti ucuzlaşıb

Dünya bazarlarında qızılın qiyməti iyunun 6-dan bu günə kimi ilk dəfə 1 910 ABŞ dollarını keçdikdən sonra ötən gün axşam hərracında bir qədər aşağı düşüb.

“Report” xəbər verir ki, Nyu Yorkdakı “Comex” birjasındakı hərrac zamanı qızılın aprel fyüçersi 0,12 faiz ucuzlaşaraq 1897,55 USD/ozdan, gümüşün mart fyüçersi də 0,42 faiz ucuzlaşaraq 23,89 USD/oz qiymətindən satılıb.

Ötən həftə ərzində qızılın 3 faizdən artıq bahalaşması siyasi gərginliyin artması ilə maliyyə vəsaitləri üçün saxlanc vasitələrinə tələbatın artması ilə bağlıdır. Eyni zamanda ekspertlərin fikrincə, ABŞ Federal Etiyatlar Sistemi (FED) tərəfindən sərt monetarist siyasət yeridiləcəyi gözləntiləri qızılın ucuzlaşmasına təkan verir. Belə ki, “Capital Economics” ekspertlərinə görə, qızıl 1 600 dollaradək ucuzlaşa bilər.

Son xəbərlər

Orphus sistemi