Qızıl cüzi ucuzlaşıb

Qızıl cüzi ucuzlaşıb Dünya bazarlarında qızılın qiyməti cüzi düşüb.
Maliyyə
14 oktyabr 2022 05:59
Qızıl cüzi ucuzlaşıb

Dünya bazarlarında qızılın qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 3,75 dollar və ya 0,22 % ucuzlaşaraq 1 unsiyası 1 673,25 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,13 % artaraq 1 unsiyası 18,942 ABŞ dolları təşkil edib. Həftənin əvvəlindən qızıl 2,1 % ucuzlaşıb.

Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti sərtləşdirməkdə davam edəcəyini gözləyirlər. Bu, ənənəvi olaraq, dolların bahalaşmasına səbəb olur. ABŞ dollarının məzənnəsinin artması isə qızılın qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar qızılı satınalma üçün daha az əlçatan edir.

İngilis versiyası Gold prices fall slightly

Son xəbərlər

Orphus sistemi