Qızıl cüzi ucuzlaşıb

Qızıl cüzi ucuzlaşıb Bir gün öncə unsiyası 1 900 ABŞ dollarına satılan qızıl korreksiya çərçivəsində ucuzlaşıb.
Maliyyə
18 fevral 2022 07:02
Qızıl cüzi ucuzlaşıb

Bir gün öncə unsiyası 1 900 ABŞ dollarına satılan qızıl korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4%, yaxud 7,65 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1894,45 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,13% artarq, 1 unsiyası 23,91 ABŞ dolları təşkil edib.

Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı geosiyasi risklər sığınacaq aktiv kimi qızıla olan tələbi dəstəkləyir.

Bundan başqa, ABŞ dollarının indeksi də qiymətli metalın dəyərinə təsir göstərir. Belə ki, ABŞ dollarının indeksi 0,06% artaraq, 95,85 bəndə çatıb. Bahalı ABŞ dolları qızılın satınalmalar üçün cəlbediciliyini azaldır.

Son xəbərlər

Orphus sistemi