Qızıl bahalaşıb

Qızıl bahalaşıb ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra ucuzlaşmış qızılın qiyməti bərpa olunub.
Maliyyə
17 Mart , 2022 09:49
Qızıl bahalaşıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra ucuzlaşmış qızılın qiyməti bərpa olunub.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 1,38%, yaxud 26,55 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 935,65 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 2,88% artaraq, 1 unsiyası 25,42 ABŞ dolları təşkil edib.

ABŞ FES-in ötən gün keçirilmiş iclasında uçot dərəcəsi illik 0,25%-0,5% səviyyəsinədək artırılıb. Bu, milli valyuta üçün müsbət, qızıl üçün mənfi amildir.

Bununla belə, FES-in rəhbəri Cerom Pauelin çıxışı qızıl investorlarının nikbinliyini bir qədər artırıb.

İngilis versiyası Gold prices rise

Son xəbərlər

Orphus sistemi