"Kapital Bank" sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir

"Kapital Bank" sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir "Kapital Bank" ASC hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır. Bu dəfə Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir! Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən,
Maliyyə
5 Oktyabr , 2022 10:43
Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir

"Kapital Bank" ASC hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır. Bu dəfə Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir! Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən, işindən ayrılmadan, əlavə vaxt itirmədən daha rahat şəkildə bizneslərinin inkişafı üçün nağd pul krediti əldə edə biləcəklər.

Bunun üçün müştəri "Kapital Bank"ın korporativ saytındakı “Mikro Kredit” bölməsinə daxil olmaqla banka müraciət ünvanlayır. Bundan sonra bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin "Kapital Bank"da olan biznes kartına və yaxud sahibkar hesabına köçürür. Kartı da bank müştəriyə çatdırır.

Hər addımda müştəri məmnuniyyətini artırmağı hədəf seçən "Kapital Bank"ın mikro biznes müştərilərinə daha bir yeniliyi isə sahibkar hesabı "Kapital Bank"da olan müştərilərə dövriyyə əsasında kredit götürmə imkanının yaradılmasıdır. Belə ki, yeni təhlil modelinə əsasən müştərilər ənənəvi kreditləşmə prosesini keçmədən, yəni biznes və yaşayış yerlərinə vizit edilmədən kredit əldə edə biləcəklər. Xüsusi ilə qeyd etmək istəyirik ki, sahibkar hesabı "Kapital Bank"da xidmət alan müştərilərə Mikro kreditlər heç bir təminat, zamin və yaxud girov tələb edilmədən verilir.

"Kapital Bank"da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 aya qədər müddətə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə verilir. Ətraflı məlumat üçün – www.kbl.az/mbkpr keçidindən istifadə edərək və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi