Qətər fond birjası indeksi son 6 ilin minimumuna enib

Qətər fond birjası indeksi son 6 ilin minimumuna enib Buna səbəb Yaxın Şərq ölkələri ilə diplomatik və iqtisadi əlaqələri bərpa etmək üçün aparılan danışıqlarda irəliləyişin olmamasıdır
Maliyyə
24 Oktyabr , 2017 10:34
Qətər fond birjası indeksi son 6 ilin minimumuna enib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Qətərin əsas fond birjası indeksi olan "QE İndex" ötəngünkü hərracların yekununda 0,5% azalaraq 8117,41 bəndə enib. 

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu 2011-ci ilin avqust ayından ən aşağı səviyyə hesab olunur.

Qətər fond birjası indeksinin enməsinə səbəb Yaxın Şərq ölkələri ilə diplomatik və iqtisadi əlaqələri bərpa etmək üçün aparılan danışıqlarda irəliləyişin olmaması göstərilir. 2017-ci ilin əvvəlindən "QE İndex" ABŞ dolları ekvivalentində 25%, milli valyuta ekvivalentində isə 22,2% dəyərdən düşüb. 

Xatırladaq ki, bu il iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn Qətərlə diplomatik əlaqələri kəsiblər. Daha sonra bu ölkələrin sirasına digər müsəlman ölkələri qatılıb. Qətər hökuməti ölkə iqtisadiyyatını qorumaq üçün iyun-iyul aylarında maliyyə sisteminə 40 mlrd. dollar vəsait buraxıb. Hazırda Qətərdə dolların məzənnəsi tarixi rekord həddə yüksəlib və 3,8 rial təşkil edir.  

Son xəbərlər

Orphus sistemi