Qərb fond indeksləri bahalaşıb

Qərb fond indeksləri bahalaşıb Dünya bazarında avronun məzənnəsi isə 1,2259 dollara düşüb
Maliyyə
23 Dekabr , 2014 09:28
Qərb fond indeksləri bahalaşıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Amerika fond bazarında Dow Jones indeksində 0,87% artım müşahidə edilib və 17 954,44 bənd təşkil edib, S&P 500 0,38% - 2 078,54 bəndədək, Nasdaq isə 0,34% - 4 781,42 bəndədək artıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarında dekabrın 22-də FTSE 100 indeksi 0,48% - 6 576,74 bəndədək, Almaniya DAX-ı 0,81% - 9 865,76 bəndədək, Fransa CAC-40-ı isə 0,30% - 4 254,43 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,24% ucuzlaşaraq 1 179,60 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2259 dollar (-0,16%) təşkil edib.

İngilis versiyası West Fund Indexes increased

Son xəbərlər

Orphus sistemi