Qazaxıstan prezidenti: "Zəif banklar birləşməlidir"

Qazaxıstan prezidenti: "Zəif banklar birləşməlidir" Səhmdarlar konsolidasiyaya getməli və ya kapitalını artırmalıdır
Maliyyə
3 Fevral , 2017 10:56
Qazaxıstan prezidenti: Zəif banklar birləşməlidir

Bakı. 3 fevral. REPORT.AZ/ Ölkə iqtisadiyyatına heç bir fayda verməyən, zəif kommersiya bankları birləşməlidir. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. 

Hökumətin geniş iclasında çıxış edən prezident bildirib ki, bankların vəziyyəti zəifdir: "Sistemdə olan 4 bank məcmu aktivlərin 80%-nə sahibdir". 

Qeyd edək ki, böhranla əlaqədar bir çox böyük şirkətlər birləşmə və ya satışa dair qərar qəbul edib. 

Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevə müraciət edən prezident "qoy banklar birləşsin və ya onların səhmdarları banklarını saxlamaq istəyirlərsə, kapitallarına vəsait əlavə etsinlər. Bankları saxlamağın başqa yolu yoxdur. Onlar iqtisadiyyata lazım deyil, deməli mövcud olmamalıdır. Elə deyil? O zaman, qorxma və hərəkət elə" deyib.

Son xəbərlər

Orphus sistemi