Qazaxıstan Mərkəzi Bankı inflyasiyanın sürətlənməsinin səbəblərini açıqlayıb

Qazaxıstan Mərkəzi Bankı inflyasiyanın sürətlənməsinin səbəblərini açıqlayıb Daniyar Akişev: "Qazaxıstan malları rəqabətə kifayət qədər davamlı deyil"
Maliyyə
3 Oktyabr , 2017 10:24
Qazaxıstan Mərkəzi Bankı inflyasiyanın sürətlənməsinin səbəblərini açıqlayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstanda inflyasiyanın artmasının səbəblərindən biri ölkədə istehlak kreditləşməsinin genişlənməsi və idxal olunan malların qiymətinin artması ilə bağlıdır. 

"Report" "BNews.kz" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı hökumətin iclasında Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev verib.

"Qeyri-ərzaq mallarının qiymətinin artmasında əsas aparıcı amil ilin əvvəlindən etibarən istehlak bank kreditləşməsinin 11% və ya 270 mlrd. tenge (790 mln. ABŞ dolları) artmasıdır", - D.Akişev deyib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, ilin ilk yarısında yerli malların qiymət artımını əks etdirən ÜDM deflyatoru 6,7% artıb ki, bu da ümumi inflyasiyadan aşağıdır. Yəni, idxal mallarında da inflyasiya müşahidə edilib".

"Qazaxıstanın idxal mallarını əvəz etməsi üçün bir qədər zamana ehtiyacı var. Rusiyadan idxal məhsullarının 2017-ci ildə 32% artması onu göstərir ki, yerli mallar rəqabətə kifayət qədər davamlı deyil", - D.Akişev əlavə edib.

Son xəbərlər

Orphus sistemi