Qarabağda fəaliyyət göstərən vergi ödəyicilərinin sayı açıqlanıb

Qarabağda fəaliyyət göstərən vergi ödəyicilərinin sayı açıqlanıb ​​​​​​​Hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur.
Maliyyə
12 İyun , 2024 14:30
Qarabağda fəaliyyət göstərən vergi ödəyicilərinin sayı açıqlanıb

Hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur.

“Report”un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, bunu Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşdə bildirib.

O, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının, etibarlı və müasir vergi ekosisteminin formalaşmasının DVX-nin gələcəyə baxışının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Ə. Məmmədov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı məqamlara toxunub. Bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib.

Öz növbəsində tədbirdə iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov görüşü yüksək qiymətləndirib, sahibkarlar üçün faydalı olacağını vurğulayıb.

Qeyd edək ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi