“Qala Sığorta”nın yığımları 6% artıb

“Qala Sığorta”nın yığımları 6% artıb Bu ilin yanvar ayında “Qala Sığorta” ASC-nin yığımları 1 968 259 manat təşkil edib
Maliyyə
21 Fevral , 2017 14:12
“Qala Sığorta”nın yığımları 6% artıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Qala Sığorta” ASC-nin yığımları 1 968 259 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,38% çoxdur.

“Qala Sığorta”nın 1 il bundan əvvəl ödəniş etməsə də, ötən ay 5 080 manat sığorta ödənişi həyata keçirib.

2017-ci ilin yanvar ayında şirkət topladığı hər 100 manat sığorta haqqının 0,26 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 0% olub.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 23 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi