“Qala Sığorta” investisiya qoyuluşlarını müzakirə edəcək

“Qala Sığorta” investisiya qoyuluşlarını müzakirə edəcək Bu il iyunun 9-da, saat 10:00-da “Qala Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
11 May , 2020 10:24
“Qala Sığorta” investisiya qoyuluşlarını müzakirə edəcək

Bu il iyunun 9-da, saat 10:00-da “Qala Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq ASC-in Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospekti 124B ünvanında yerləşən ofisində olacaq.

Yığıncağın gündəliyinə “Qala Sığorta”nın digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoyulması ilə bağlı məsələ daxildir.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin 100% səhmləri "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi