​"Qala Həyat" sığorta şirkətində yeni təyinat olub

​"Qala Həyat" sığorta şirkətində yeni təyinat olub Bu barədə "Report"a şirkətdən məlumat verilib
Maliyyə
10 İyun , 2016 15:37
​Qala Həyat sığorta şirkətində yeni təyinat olub

Bakı. 10 iyun. REPORT.AZ/ "Qala Həyat" sığorta şirkətinə müvəqqəti olaraq yeni baş mühasib təyin edilib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu vəzifə Kəmalə Əliyevaya həvalə edilib. O, bundan əvvəl "Qala Həyat"da mühasib (baş mütəxəssis) vəzifəsində çalışıb.

Xatırladaq ki, indiyə qədər şirkətin baş mühasibi olan Nicat Hüseynov hazırda "Qala Həyat"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.

Şirkətin sabiq sədri Əsgər Ələkbərov Prezident İlham Əliyevin bu il mayın 12-də imzaladığı sərəncamla Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi