“Qala Həyat Sığorta"nın xalis mənfəəti 17 % azalıb

“Qala Həyat Sığorta"nın xalis mənfəəti 17 % azalıb Şirkət 2020-ci ili 2,189 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
18 Mart , 2021 11:05
“Qala Həyat Sığortanın xalis mənfəəti 17 % azalıb

“Qala Həyat Sığorta" ASC 2020-ci ili 2,189 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci ilə nisbətən 16,5 % azdır.

Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 17,494 milyon manat (illik müqayisədə 3,8 % az), xərcləri 14,515 milyon manat (2,7 % az), mənfəət vergisi ödəmələri isə 790 min manat (21,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 38,921 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,45 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,8 % artaraq 13,243 milyon manata, balans kapitalı isə 9,3 % artaraq 25,677 milyon manata çatıb.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi