“Qala Həyat Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Qala Həyat Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Yanvarın 29-da, saat 10:00-dam “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
Maliyyə
207
29 Dekabr , 2020 10:13
“Qala Həyat Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 29-da, saat 10:00-da “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üçün büdcəsinin təsdiq edilməsi, eləcə də 2020-ci ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının auditi üçün müstəqil auditorun seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90%-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi