“Qala Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

“Qala Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq şirkətin baş ofisində olacaq
Maliyyə
16 Aprel , 2021 17:24
“Qala Həyat Sığortanın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 1-i saat 10:00-da “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Qala Həyat Sığorta"nın 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur. "Qala Həyat Sığorta" isə "Azər-Türk Bank"ın 5%-lik səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi