"Qafqaz İnkişaf Bankı" xarici valyutada kreditləşməni kəskin artırıb

"Qafqaz İnkişaf Bankı" xarici valyutada kreditləşməni kəskin artırıb Bankda xarici valyutada yerləşdirilən depzoitlərin həcmi isə 91% artıb
Maliyyə
6 Noyabr , 2015 10:51
Qafqaz İnkişaf Bankı xarici valyutada kreditləşməni kəskin artırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qafqaz İnkişaf Bankı" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq bu ilin oktyabrın 1-nə 159,4 mln. manata yüksəlib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 19,1% artaraq 151,3 mln. manat olub. Kredit portfelinin 14,5%-i və ya 21,9 mln. manatı xarici valyutada verilən kreditlərin payına düşüb. Hesabata əsasən, xarici valyutada verilən kreditlərin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artım müşahidə olunub.

Hesabat dövründə depozit portfeli 10,9% artaraq 8,5 mln. manata çatıb. Depozit portfelinin 73,6%-i və ya 6,2 mln. manatı xarici valyutada yerləşdirilib. İllik müqayisədə xarici valyutada yerləşdirilən depzoitlərin həcmində 90,5% artım qeydə alınıb.

Cari il oktyabrın 1-nə "Qafqaz İnkişaf Bankı"nın nizamnamə kapitalı 60,3 mln. manat, məcmu kapitalı 63,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi