“PSG Kapital” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub

“PSG Kapital” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub Bakı. 18 iyun. REPORT.AZ/ “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 14,382 mln. manat təşkil edib.
Maliyyə
18 İyun , 2018 10:46
“PSG Kapital” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub

Bakı. 18 iyun. REPORT.AZ/ “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 14,382 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,6 dəfə çoxdur.

2017-ci ildə “PSG Kapital”ın cəmi öhdəlikləri 2,9 dəfə artaraq 14,348 mln. manata, cəmi kapitalı isə 4% artaraq 1,034 mln. manata çatıb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 1,214 mln. manat (əvvəlki ilə nisbətən 2,8 dəfə çox), əsas xərcləri 1,303 mln. manat (2,7 dəfə çox), digər xərcləri 149 min manat (3,55 dəfə çox) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 61 min manat olub.

2017-ci ildə “PSG Kapital” 21 min manat mənfəət vergisi ödəyib və ili 40 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 6 min manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi