“PSG Kapital” investisiya şirkəti nizamnamə kapitalını ikiqat artırıb

“PSG Kapital” investisiya şirkəti nizamnamə kapitalını ikiqat artırıb Bakı. 9 aprel. REPORT.AZ/ “PSG Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2 dəfə artıraraq 2 mln. manata çatdırıb.
Maliyyə
9 Aprel , 2018 13:19
“PSG Kapital” investisiya şirkəti nizamnamə kapitalını ikiqat artırıb

Bakı. 9 aprel. REPORT.AZ/ “PSG Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2 dəfə artıraraq 2 mln. manata çatdırıb.

“Report” Şirkətə istinadən xəbər verir ki, bunun üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 yeni səhm buraxılıb.

Səhmləri “PSG Kapital”ın 100% səhmdarı Faiq Məmmədov əldə edib. Bununla da investisiya şirkəti nizamnamə kapitalının məbləğinə görə, Azərbaycandakı rəqibləri arasında lider olub və indiyə qədər kapitalı ən çox (1,55 mln. manat) olan “Azfinance İnvestisiya Şirkəti” QSC-ni geridə qoyub.

Xatırladaq ki, “PSG Kapital” ölkənin qiymətli kağızlar bazarının ən aktiv iştirakçısıdır. Şirkət müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarlarında müxtəlif növ qiymətli kağızlar, o cümlədən səhm və istiqrazlarla əməliyyatlar, eləcə də investisiya portfelinin idarə edilməsi xidməti göstərir. Onun müştəriləri arasında yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da var. “PSG Kapital” ən çox alınıb satılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market meykerdir.

Son xəbərlər

Orphus sistemi