"PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın artıb

"PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın artıb Maliyyə qurumu 2020-ci ili 1,332 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
16 May , 2021 16:56
PSG-Kapital İnvestisiya Şirkətinin xalis mənfəəti 3 dəfəyə yaxın artıb

“PSG Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 1,332 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,9 dəfə çoxdur.

Ötən il “PSG Kapital”ın vergiyəqədərki mənfəəti 1,667 milyon manat (əvvəlki illə müqayisədə 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 334 min manat (2,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Kapital”ın aktivləri 24,392 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 11,1% azalaraq 16,247 milyon manata düşüb, balans kapitalı 2,8 dəfə artaraq 8,145 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,1 dəfə artaraq 6,25 milyon manata çatıb

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. Onun səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.

Son xəbərlər

Orphus sistemi