“PSG Kapital” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

“PSG Kapital” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 23 iyun. REPORT.AZ/ “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5,585 mln. manat təşkil edib.“Report” şirkət...
Maliyyə
23 İyun , 2017 19:13
“PSG Kapital” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5,585 mln. manat təşkil edib.

“Report” şirkətin ilk maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 994 min manatını cəmi kapital, 4,591 mln. manatını isə cəmi öhdəliklər təşkil edib.

Qiymətli kağızlar bazarının iştirakçısı 2016-cı ili 6 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Səhmləri 100% Faiq Ağababa oğlu Məmmədova məxsus olan şirkət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meykerdir və “PSG” Şirkətlər Qrupuna daxildir. Bu holdinqdə 2013-cü ildən fəaliyyət göstərən “PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) da təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi