“PSG Finans” BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb

“PSG Finans” BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb “PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 1,729 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
222
1 İyun , 2021 12:45
“PSG Finans” BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb

“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 1,729 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il “PSG Finans”ın vergiyəqədərki mənfəəti 2,205 milyon manat (əvvəlki ilə nisbətən 2,35 dəfə çox), mənfəət vergisi ödəmələri isə 476 min manat (3,7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Finans”ın aktivləri 8,221 milyon manat olub ki, bu da illik müqayisədə 25,9% azdır. Bunun 6,418 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15,4% kiçilib.

Hesabat dövründə “PSG Finans”ın öhdəlikləri 2,5 dəfə azalaraq 2,825 milyon manata düşüb, balans kapitalı isə 32,4% artaraq 5,396 milyon manata çatıb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,8 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

Xatırladaq ki, “PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də "PSG Kapial İnvestisiya Şirkəti" QSC təmsil olunur. Yeri gəlmişkən, BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi