“PSG Finans” BOKT nizamnamə kapitalını 60 % artırıb

“PSG Finans” BOKT nizamnamə kapitalını 60 % artırıb “PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 2,55 milyon manat və yaxud 60% artırıb
Maliyyə
25 Fevral , 2021 12:25
“PSG Finans” BOKT nizamnamə kapitalını 60 % artırıb

İlk xəbər saat 10:45-də verilib

“PSG Finans” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 2,55 milyon manat və yaxud 60 % artırıb.

“Report” xəbər verir ki, BOKT-un kapitalı 4,25 milyon manatdan 6,8 milyon manata çatıb.

***

Kapital artımından sonra “PSG Finans”ın təsisçilərinin pay bölgüsü dəyişib.

Bu barədə “Report”a BOKT-un direktor müavini Orxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, artım üçün vəsaiti kredit təşkilatının əsas təsisçisi “Practical Solutions Middle East FZ” şirkəti təmin edib və payını 60 %-dən 75 %-ə çatdırıb. Əvəzində digər 2 təsisçi – Faiq Məmmədovun (“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin 100 %-lik səhmdarı) və “Chaparxana KFT” şirkətinin payları ayrı-ayrılıqda 20 %-dən 12,5 %-ə düşüb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb, “PSG” şirkətlər qrupuna daxildir.

Son xəbərlər

Orphus sistemi