Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək

Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək Ekspertlər çıxış yolunu keçmiş sovet respublikalarından əmək miqrantlarının cəlb edilməsində görürlər
Maliyyə
29 May , 2017 15:14
Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək

Bakı. 29 may. REPORT.AZ/ Rusiyada iqtisadi fəal əhalinin sayı 2020-ci ilə qədər 1 mln. nəfər, əmək qabiliyyətli əhalinin sayı isə 3 mln. nəfər azalacaq. "Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, bu məlumat Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2017-ci il büdcəsinə düzəlişlərlə bağlı hazırlanan makroiqtisadi proqnozlarda qeyd edilib.

Sənədə əsasən, əmək resurslarının sayı 2016-cı ildəki 72,7 mln. nəfərdən 2020-ci ilə 71,7 mln. nəfərə enəcək. Əmək qabiliyyətli əhalinin sayı isə eyni dövr ərzində 83,7 mln. nəfərdən 80,6 mln. nəfərə geriləyəcək.

"Sinergiya" Universiteti İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Andrey Koptelev hesab edir ki, iqtisadi fəal əhalisi azalan bir çox ölkə xaricdən mütəxəssislər cəlb etməyə başlayıb. Bu ölkələr adı çəkilən insanlar üçün viza prosedurunu asanlaşdırıb. Rusiya üçün isə vəziyyətdən çıxış yolu güzəştli şərtlərlə keçmiş sovet respublikalarından əmək miqrantlarının cəlb edilməsindədir: "Çünki, bu insanlar mədəniyyət və mentalitet baxımından bizə ən yaxın olanlardır və rus dilini bilirlər".

Son xəbərlər

Orphus sistemi