Proqnoz: Qızılın qiyməti bu ilin sonunda 1 165 dollar/unsiyaya düşəcək

Proqnoz: Qızılın qiyməti bu ilin sonunda 1 165 dollar/unsiyaya düşəcək FED-in qərarları qızıla mənfi təsir göstərəcək
Maliyyə
6 İyul , 2017 14:19
Proqnoz: Qızılın qiyməti bu ilin sonunda 1 165 dollar/unsiyaya düşəcək

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi və balansını azaltmağa başlaması heç bir faiz gəliri gətirməyən qızılın qiymətinə mənfi təsir göstərəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Fransanın "BNP Paribas" bankının analitikləri tərəfindən verilib. 

Analitiklərin hazırladıqları hesabatda bildirilir ki, FED-in uçot dərəcəsini dekabr ayında artırması və bu zaman qızılın qiymətinin 1 165 dollar/unsiyaya düşəcəyi proqnozlaşdırılır. Bu da hazırkı qiymətdən 5% aşağıdır.

Qeyd edək ki, "BNP Paribas" bankının qızıl aktivi üzrə proqnozları 2016-cı ilin son rübündə hədəfə ən yaxınlardan biri, bu ilin II rübündə isə dünyada ən yaxşısı olub.

Son xəbərlər

Orphus sistemi