Proqnoz: Dollar bu gün avroya qarşı bahalaşa bilər

Proqnoz: Dollar bu gün avroya qarşı bahalaşa bilər Avronun məzənnəsi 1,06 dollara qədər geriləyə bilər
Maliyyə
12 Noyabr , 2015 14:42
Proqnoz: Dollar bu gün avroya qarşı bahalaşa bilər

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün beynəlxalq bazarlarda ABŞ dollarının digər valyutalara qarşı məzənnəsi möhkəmlənə bilər. Buna səbəb isə Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draginin bugünkü açıqlamalarında Avrozonada inflyasiya hədəfinə çatmaq üçün monetar ekspansiyanın miqyasının və müddətinin artırıla biləcəyini söyləməsi olub. 

"Report"un analitik qrupu qeyd edir ki, M.Dragi dekabr ayında monetar ekspansiyanın aylıq miqdarının artırılması haqqında düşündüyünü bildirib. Onun fikrincə, əgər bu qərar yetərli olmasa, AMB-nin bu ilin yanvarında başladığı və 2016-cı ilin sentyabrında bitirməsi planlaşdırdığı 1,1 trln. avro (1,2 trln. dollar) həcmində monetar ekspansiyanın vaxtı uzadıla bilər.

M.Draginin açıqlamalarından sonra 1,0750 USD/EUR səviyyəsində olan məzənnə sürətlə azalaraq 1,0690 USD/EUR-ya qədər geriləyib. Hazırda isə məzənnə yenidən 1,0720 USD/EUR-ya yüksəlib.

USD/EUR məzənnəsinin bu gün ABŞ-da açıqlanacaq həftəlik işsizlik göstəricisinin təsiri ilə hərəkətini sürdürməsi gözlənilir. İşsizlik müavinəti almaq üçün müraciətlər 270 min nəfər proqnozlaşdırılıb. Bu göstəricinin az olması dolların güclənməsinə  və məzənnənin 1,06 səviyyəsində qərarlaşmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi