Proqnoz: Avro əlavə təzyiqlərlə üzləşəcək

Proqnoz: Avro əlavə təzyiqlərlə üzləşəcək İtaliyadan sonra Portuqaliya da bank böhranı ilə üzləşib
Maliyyə
1153
29 Noyabr , 2016 12:34
Proqnoz: Avro əlavə təzyiqlərlə üzləşəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ İtaliyanın "Monte dei Paschi" bankında yaranan maliyyə problemlərinin ölkənin bank sektorunu böhrana sürükləməsindən sonra, indi də Portuqaliyanın "Caixa Geral de Depositos" bankının istiqrazları kəskin şəkildə ucuzlaşıb. Buna səbəb Portuqaliyanın ən böyük banklarından biri olan "Caixa Geral de Depositos"un, həmçinin bütövlükdə ölkənin bank sektorunda problemli kreditlərin həcminin artması amili göstərilib. 

"Report" xəbər verir ki, İngiltərənin "Barclays" bankının analitiklərinin hesablamalarına görə, Portuqaliyanın bank sektoruna sadəcə müəyyən bir müddət üçün sabitləşdirilməsinə 7,5 mlrd. avro vəsait lazımdır. İnvestorlar hazırda bank sektoruna əlavə maliyyə vəsaitinin axıdılmasının ölkənin maliyyə vəziyyətinə mənfi təsir edəcəyidən ehtiyatlanırlar. Belə ki, Portuqaliya büdcə kəsiri üzrə hədəf göstəriciyə əməl etməməsi səbəbindən onsuz da Avropa İttifaqının (Aİ) sanksiyaları ilə üzləşib. İqtisadçılar Portuqaliyanın bank sektorunda yaxın zamanda önəmli hadisələrin ola biləcəyini proqnozlaşdırırlar.

"Report"un analitik qrupu İtaliya və Portuqaliyanın bank sektorunda yaşanan problemlərin gələcəkdə siyasi təsirinin ola biləcəyini istisna etmir. Bu səbəbdən avro pul vahidinin əlavə təzyiqlərlə üzləşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi