“Pro Kredit” mənfəətdən zərərə keçib

“Pro Kredit” mənfəətdən zərərə keçib Bakı. 27 iyun. REPORT.AZ/ “Pro Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 5,399 mln. manat təşkil edib....
Maliyyə
27 İyun , 2017 15:47
“Pro Kredit” mənfəətdən zərərə keçib

Bakı. 27 iyun. REPORT.AZ/ “Pro Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 5,399 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 44,9% azdır.

“Pro Kredit”in aktivlərinin 84,4%-ni və yaxud 4,555 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 21,8% kiçilib.

Hesabat dövründə “Pro Kredit”in cəmi öhdəlikləri 46,2% azalaraq 5,075 mln. manata, o cümlədən maliyyə institutları qarşısında öhdəlikləri 47,25% azalaraq 3,912 mln. manata düşüb. BOKT-un cəmi kapitalı təxminən 14% azalaraq 342 min manat, nizamnamə kapitalı isə 66,7% artaraq 500 min manat olub.

2016-cı ildə “Pro Kredit”in faiz gəlirləri 1,277 mln. manat (2015-ci ilə nisbətən 41,9% çox), faiz xərcləri 571 min manat (8,8% çox), qeyri-faiz zərəri 233 min manat (əvvəlki il qeyri-faiz əməliyyatlarından gəlir əldə edib), qeyri-faiz xərcləri isə 419 min manat (59,9% çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 54 min manat olub ki, bu da illik müqayisədə 80,7% azdır.

Ötən il “Pro Kredit” kreditlər üzrə ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 39,6% çox – 148 min manat ayırıb və ili 94 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, BOKT 2015-ci ildən 139 min manat xalis mənfəətlə çıxıb. Başqa sözlə maliyyə qurumu mənfəətdən zərərə keçib.

Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb. Hazırda BOKT-un dövriyyədə hər birinin nominal dəyəri 1 000 manat olan 500 səhmi var. Səhmlər 100% Emil Məhəbbət oğlu Məmmədova məxsusdur.

Son xəbərlər

Orphus sistemi