Prezident İlham Əliyev 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib

Prezident İlham Əliyev 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib Prezident İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib
Maliyyə
221
22 Dekabr , 2014 22:27
Prezident İlham Əliyev 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib
Bakı. 22 dekabr. REPORT.AZ/ Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

"Report"-un məlumatına görə, qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilsin.

Prezident İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib. Beləliklə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi