“Premium Bank”ın mənfəəti 12% azalıb

“Premium Bank”ın mənfəəti 12% azalıb Bank bu ilin I rübünü 5,345 milyon manat mənfəətlə başa vurub
Maliyyə
22 Aprel , 2021 11:39
“Premium Bank”ın mənfəəti 12% azalıb

“Premium Bank” ASC bu ilin I rübünü 5,345 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7% azdır.

Yanvar-mart aylarında “Premium Bank”ın gəlirləri 11,003 milyon manat (illik müqayisədə 17,9% az), xərcləri 11,665 milyon manat (2% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 6,006 milyon manat (31,7% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Premium Bank”ın aktivləri 673,46 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2% çoxdur. Bunun 513,163 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,8% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 3,6% azalaraq 487,081 milyon manata, o cümlədən depozit portfeli 2,2% azalaraq 449,427 milyon manata düşüb, balans kapitalı isə 38,3% artaraq 186,379 milyon manata, o cümlədən nizamnamə kapitalı 47,8% artaraq 154,601 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.

Son xəbərlər

Orphus sistemi