“Premium Bank” Azərbaycan Mərkəzi Bankından 20 mln. manat borc alıb

“Premium Bank” Azərbaycan Mərkəzi Bankından 20 mln. manat borc alıb Bakı. 24 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Premium Bank” ASC-nin cəmi aktivləri 39,7% artaraq bu il yanvarın 1-nə 646,284 mln. manata çatıb.
Maliyyə
1530
24 Yanvar , 2019 11:21
“Premium Bank” Azərbaycan Mərkəzi Bankından 20 mln. manat borc alıb

Bakı. 24 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Premium Bank” ASC-nin cəmi aktivləri 39,7% artaraq bu il yanvarın 1-nə 646,284 mln. manata çatıb. 

“Report” Bankın illlik maliyyə hesabatına istinadən xəbər verir ki, aktivlərin 582,931 mln. manatını müştərilərə verilmiş kreditlər(ehtiyatlar çıxılmaqla) təşkil edib. Ötən il Bankın kredit portfeli 42,8% böyüyüb.

Hesabat dövründə "Premium Bank"ın cəmi öhdəlikləri 43,7% artaraq 511,557 mln. manat, o cümlədən depozit portfeli 92,5% artaraq 466,076 mln. manata yüksəlib. 

Bank ötən ilin IV rübündə Azərbaycan Mərkəzi Bankından 20 mln. manat borc alaraq qurumun qarşısındakı öhdəliyini 22,5 mln. manata çatdırıb. 

Bu ilin əvvəlinə Bankın cəmi kapitalı 134,727 mln. manat, nizamnamə kapitalı isə 104,601 mln. manat təşkil edib. 

"Premium Bank" ötən il 16,066 mln. manat xalis mənfəət əldə edib. Bu, 2017-ci ilə nisbətən təxminən 10 dəfə çoxdur. 

Ötən il Bankın faiz gəlirləri 37,556 mln. manat, faiz xərcləri 14,802 mln. manat, qeyri-faiz gəlirləri 21,572 mln. manat, qeyri-faiz xərcləri isə 34,539 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi